EN

Tibb turizminin inkişafı üçün güzəştlər tətbiq olunacaq

Bakı. Trend:

Milli Məclisin ötən gün keçirilən plenar iclasında “AzərbaycanRespublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”qanun layihəsi III oxunuşda qəbul edilib.

Trend DövlətVergi Xidmətinə istinadən xəbər verir ki, investisiya mühitinin vəsahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərininvergi yükünün azaldılması istiqamətində Vergi Məcəlləsinə mühümdəyişikliklərdən biri də əcnəbilərə və vətəndaşlığı olmayanşəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimindəƏDV-nin geri qaytarılması ilə bağlıdır.

Məlumata görə, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığıolmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə nağdsız qaydadaaparılan ödənişlər üzrə ödənilmiş ƏDV-nin tam məbləğdə həminşəxslərə geri qaytarılması nəzərdə tutulur.

Qeyd olunub ki, bu dəyişiklik ölkədə tibb turizminin inkişafı vəölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədidaşıyır.

Chosen
4
1
az.trend.az

2Sources