EN

AFFA rəhbərliyinin başı yenə qarışıqdır - Vacib qərarlar nə vaxt veriləcək?

AFFA İcraiyyə Komitəsinin (İK) qarşıdakı toplantısı növbəti dəfə ertələnə bilər.

Bu haqda federasiyadan redaksiyamıza məlumat daxil olub.

Verilən inofrmasiyaya görə, İK-nin yığıncağının gündəliyi hazırdır, sadəcə, komitə üzvlərinin yığışması üçün uyğun vaxt tapmaq müşkül məsələyə dönüb.

Çünki ilin sonu olduğundan, ali qərarverici orqanın təmsilçiləri digər işlərindən vaxt tapıb bir araya gəlməkdə çətinliklə üzləşib.

Odur ki, iclasın gələn ilə keçirilməsi istisna edilmir. Hər halda yanvarın 15-dək toplantının təşkilinə dair müzakirələr aparılmaqdadır.

SPORTİNFO.AZ

Chosen
33
sportinfo.az

1Sources