EN

ABŞ-da məktəbə silahlı hücum: ölənlər və yaralılar var

ABŞ-ın Viskonsin ştatında məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb, azı 7 nəfər yaralanıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Viskonsin ştatının paytaxtı Madisonda Abundant Life xristian məktəbinə silahlı hücum edilib.

Madison polis rəisi Şon Barnes hadisəni törədən şəxsin həmin məktəbdə təhsil alan şagirdlərdən biri olduğunu və onun ölü tapıldığını qeyd edib.

Bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb və bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Sözügedən məktəbdə təxminən 390 şagirdin təhsil aldığı bildirilib.

Şəbnəm Mehdizadə
Chosen
26
e-huquq.az

1Sources