EN

10 yaşlı uşaq milyonçu oldu – Müəlliminin verdiyi tapşırıq sayəsində

10 yaşlı Trip Fillips müəlliminin verdiyi tapşırıq sayəsində milyonçu olub. 2014-cü ildə Tripin sinif müəllimi şagirdlərdən bir şey icad etməyi tapşırıb.

News24.az xəbər verir ki, “Le-Glue” nəşrinin məlumatına görə, Trip leqolarla oynayarkən ağlına bir fikir gəlib. Buna görə də güclü, lakin zərərsiz bir yapışdırıcıya ehtiyacı olduğunu düşünüb. Bu ideyanı atası ilə müzakirə edən Trip atasının bu ideyanın milyonlarla dollar dəyərində ola biləcəyini söyləməsindən sonra hərəkətə keçib.

2015-ci ildə Trip "Beynəlxalq Torrance Yaradıcılar Mükafatı" müsabiqəsində iştirak edib və leqo yapışqanı ilə birinci yeri qazanıb. Daha sonra 40 milyon dollar toplayıb "LeGlue" adlandırdığı yapışdırıcını istehsal etməyə başlayıb. Yapışdırıcının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, isti suda həll olunur və leqoları asanlıqla ayırmağa imkan verir.

Uğurunu “Shark Tank” kimi məşhur startap proqramlarında nümayiş etdirən Tripp 2017-ci ildə investorların dəstəyi ilə 7 milyon satışa nail olub. 2022-ci ilə qədər onun illik gəliri 1 milyon dollara çadıb, 2024-cü ildə isə satışları 2 milyon dolları keçib.

Qeyd edək ki, leqolar dünyada çox məşhur olan və uşaq oyunlarında geniş istifadə edilən, bir-birinə qoşula bilən kiçik plastik bloklardır. Leqo Danimarkada yaranmış bir markadır və bu bloklar müxtəlif formalar və ölçülərdə olur. Uşaqlar və hətta böyüklər bu bloklarla müxtəlif obyektlər, binalar, avtomobillər və digər strukturlar qururlar. Leqo bloklarının ən əsas xüsusiyyəti onların bir-birinə asanlıqla qoşulub ayrılmasıdır, bu da uşaq yaradıcılığını və əllə bacarıqlarını inkişaf etdirir.

Leqo həmçinin bu oyun blokları ilə hazırlanmış bir çox video oyunlar, filmlər və məhsullar ilə tanınır. Bu oyunlar və filmlər də “Leqo” markası altında istehsal edilir.

Aynurə



Chosen
42
news24.az

1Sources