EN

“Telefonunda bir video gördüm, çox pis idi...”

Türkiyəli məşhur müğənni Hadise illər öncə yaşadığı sevgi münasibətinin bitməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “İbrahim Selim ile bu gece” yutub kanalının qonağı olarkən danışıb.

Belə ki, o, ad çəkmədən keçmiş münasibətinin bitməsinə bir videonun səbəb olduğunu deyib: “Bir gün dalaşdıq və mən evdən çıxdım. Hotelə getdim, o da arxamca gəldi. Daha sonra telefonunu şarja qoymağımı xahiş etdi, bu zaman oradakı məlumatları öz telefonuma yüklədim. Bir video gördüm, çox pis idi, amma yaxşı ki, gördüm”.

Hadisenin açıqlamasından sonra həmin şəxsin bəstəkar-müğənni Sinan Akçıl olduğu iddia edilib.

Məhz bu iddialardan sonra isə S.Akçıl sözügedən paylaşıma şərh yazıb: “Hekayəni tam olaraq belə xatırlamıram, amma nə fərqi?! Qadının sözündən sonra heç nə deyə bilməzsən. Artıq köhnə kitablar bağlanıb”.

Xatırladaq ki, Hadise ilə Sinan Akçılın 2009-2010-cu illərdə münasibəti olub. Onlar ayrıldıqdan sonra bir çox iddialar yayılsa da, tərəflərin heç biri açıqlama verməmişdi.

Qeyd edək ki, Hadise hazırda “Esas oğlan” serialında baş rollardan birini canlandırır.





Chosen
43
qafqazinfo.az

1Sources