EN

Travmatoloqlar 4 minə yaxın maaş alır

“​2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla, travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub.

Zaur Əliyev əlavə edib ki, bu artımlar tibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir: “İcbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin median əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb”.

Gülnar Əliyeva

Chosen
26
9
qafqazinfo.az

10Sources