EN

Bu şəxslər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2024-cü il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2024-cü il noyabrın 4-dən dekabrın 4-dək aparılıb və bu müddət ərzində 173 namizəd müraciət edib. 

İmtahan saat 15:00-da başlanır. Saat 14:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” ilə iştirakçılar buradan tanış ola bilərlər. 

 

Chosen
33
5
azedu.az

10Sources