EN

Bu ölkədə Tramp krizisi: Nazir və baş nazirin müavini istefa verdi

Kanadanın maliyyə naziri və baş nazirin müavini Kristia Friland baş nazir Castin Trüdo ilə xərclərlə bağlı fikir ayrılığından sonra istefa verib.

Publika.az xəbər verir ki, Friland istefa məktubunda bildirib ki,Trüdo keçən cümə günü keçirilən görüşdə ondan artıq maliyyə naziri vəzifəsini yerinə yetirməməsini istəyib və kabinetdə başqa vəzifə təklif edib:

"Belə qənaətə gəldim ki, yeganə dürüst addım kabinetdən istefa verməkdir. Siz açıq şəkildə bildirdiniz ki, mən artıq tam etibara və səlahiyyətlərə sahib deyiləm. Son bir neçə həftə ərzində Kanada üçün irəliyə doğru ən yaxşı yolun nə olduğu barədə sizinlə fikir ayrılığına düşmüşük”.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Kanadaya 25 faiz gömrük rüsumu tətbiq etməsinə qarşı görüləcək tədbirlərlə bağlı Trüdo və Friland arasında fikir ayrılığı yaranıb.

Chosen
30
publika.az

1Sources