EN

"Əhalinin məşğulluğu vacib istiqamətdir"

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq vətəndaşların rifahının təmin edilməsi istiqamətində iş aparırıq. Bu rifahın təmin edilməsində ən vacib istiqamətlərdən biri əhalinin məşğulluğudur”.

Publika.az xəbər verir ki, bu sözlərin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Gömrük-Biznes 2024” Forumunda deyib.

Nazir bildirib ki, məşğulluq təmin edilməyən heç bir ölkədə əhaalinin rifahı təmin etmək mümkün deyil: “Bu sahədə son 6 illik dönəmdə əldə etdiyimiz əsas uğurlardan biri Azərbaycanda əmək müqavilələrinin sayı 609 min artmasıdır. Bu artımın 80 faizindən çoxu məhz özəl sektorun payına düşür”.

Chosen
8
1
publika.az

2Sources