Ötə ay Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.
Millət vəkili qeyd etmişdi ki, son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır.
Musavat.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bununla bağlı açıqlama verib.
O bildirib ki, PET cihazı yalnız Onkologiya Mərkəzində mövcuddur:
"Bu, əhalinin tələbatını ödəmir. Növbələr yaranır. Bu cihazın ölkədə artırılması arzuolunandır. Bununla bağlı növbəti ildə ictimaiyyətə məlumat verəcəyik".
Nigar HƏSƏNLİ,
Musavat.com