EN

Çində korrupsioner məmur edam edilib

Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib...

Poliqon xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

"2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin Ara Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib", deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb.

Li Jianpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox) mənimsədiyini müəyyən edib. O, həmçinin başqalarından 577 milyon yuan (80 milyon dollardan çox) alıb və 1,05 milyard yuandan (146 milyon dollardan çox) sui-istifadə edib.

Məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib, lakin ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bundan əvvəl "Bank of China"nın idarə heyətinin keçmiş sədri Liu Liange rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.

Poliqon.info

Chosen
27
50
poliqon.info

10Sources