EN

Azərbaycanda bəzi tibb işçilərinin maaşı artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin ortaaylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:
"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".
Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.
Chosen
52
50
oxu.az

10Sources