EN

Zeynal Əmrəliyev: "Azərbaycan belə bir sülhə razı ola bilməz"

“Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Konstitusiyası və Müstəqillik Bəyannaməsindəki preambulanın dəyişməsinə ehtiyac olmadığını bilirib. Baş nazir Azərbaycanla sülh danışıqlarında iki məqamın razılaşdırılmadığını, bunlardan birinin Konstitusiyasının dəyişdirilməsi olduğunu deyib. Lakin Paşinyan Bakının tələbinə cavab olaraq sözügedən sənədlərdə heç bir ərazi iddiasının olmadığını qeyd edib. Onun bəyanatı ermənilərin gələcək müharibəyə hazırlığı kimi dəyərləndirilib. Çünki ölkənin Konstitusiyasının əsaslandığı Müstəqillik Bəyannaməsində Qarabağa iddialar yer alır. Bu, ermənilərin gələcəkdə revanşist məqsədlərlə Azərbaycana qarşı hücum üçün “hüquqi” əsası qorumağa çalışması kimi başa düşülür”.

“Ermənistanın Konstitusiyasında və xüsusilə preambula hissəsində olan bu müddəalar, yəni Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, Azərbaycan- Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eyni zamanda Ermənistan və Türkiyə sərhədlərinin açılması üçün çox böyük əngəl, əsas problemlərdən biridir. Dəfələrlə Azərbaycan tərəfi haqlı olaraq bu məsələni qaldırıb ki, Ermənistan Konstitusiyasında olan həmin preambula hissəsi dəyişdirilməlidir. Yəni bu, ümumilikdə Konstitusiyadan çıxarılmalıdır. Çünki bu, gələcəkdə hüquqi prosedur yaradacaq ki, Ermənistanda revanşizm cəhdləri meydana gəlsin”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, bu Azərbaycan tərəfdən qəbuledilməzdir.

“Azərbaycan haqlı olaraq buna dəfələrlə öz iradını bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi bu məsələlərdə israr edir və açıq şəkildə bildirirlər ki, Ermənistan Konstitusiya Məhkəməsi də bu barədə qərar qəbul edib ki, xüsusilə konstitusiyanın preambula hissəsi dəyişdirilə bilməz. Paşinyan hökumətinə qarşı da müxtəlif səviyyəli istər erməni kilsəsi, istər erməni diasporu, istər erməni müxalifətihətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının içindən də təzyiqlər var ki, Konstitusiyanı dəyişdirməsin. Çünki bütün bunlar gələcəkdə revanş üçün bir hüquqi məsələdir. Azərbaycan belə bir sülhə razı ola bilməz. Konstitusiyada həmin müddəalar aradan götürülməsə, bu, tamamilə prosesin yarımçıq başa çatmasına səbəb olacaq amildir.Azərbaycan bu prosesə necə razı olsun ki, burada Azərbaycana və qardaş Türkiyəyə qarşı ciddi ərazi iddiaları var. Bütün bunların fonunda da Ermənistanın bu məsələdə israr etməsi və məsələni tamamilə başqa formatlara çəkməyə çalışması iki ölkə arasındakı sülh müqaviləsinin imzalanmasına əngəl törədən əsas faktorlardan biridir. Çox təəssüflər olsun ki, burada təkcə daxili amilləri yox, həm də xarici amilləri nəzərə almalıyıq. Xarici ölkələrdən də Ermənistanı bu məsələlərdə qıcıqlandıran, həvəsləndirən dövlətlər var. Məsələn, Fransa, Amerika Birləşmiş Ştatları bu kimi ölkələr məhz Ermənistanı bu kimi məsələlərdən çəkindirərək çalışırlar ki, regionda sülh və sabitlik yaranmasın”.

Chosen
7
aznews.az

1Sources