EN

İnsanları PKK-ya qoşulmağa məcbur edən qadın terrorçu Türkiyə ordusuna təslim olub

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.

"Cebheinfo.az" "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində təslim olub.

Türkiyə polisi və Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırma nəticəsində məlum olub ki, o, 2008-ci ildə PKK terror təşkilatı sıralarına qoşulub.

Həmçinin qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.

Chosen
15
9
cebheinfo.az

10Sources