EN

"Son iki ildə 2 tona yaxın narkotik vasitə, psixotrop maddələr aşkar edilib" - DGK

Dövlət Gömrük Komitəsi son iki ildə 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edib.   Manset.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Komitə cəmiyyətin mühafizəsi sahəsində inzibati və cinayət xarakterli amillərin aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirib: “2022-2024-cü illər ərzində həyata keçirilən fəaliyyət nəticəsində 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edilib. Üstəlik, təxminən 18 milyon manat ekvivalentində saxta sənədlərin və aksiz markası olmayan malların dövriyyədən çıxarılması təmin edilib".

Chosen
51
4
manset.az

4Sources