Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 2 milyon 60 min 650 kiloqram miqdarında təzə və ya qurudulmuş ananas gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun alışına 2 milyon 69 min 220 ABŞ dolları (3 milyon 517 min 674 manat) vəsait xərclənib. İdxal olunan ananasın bir kiloqramının orta qiyməti 1 dollar (1 manat 70 qəpik) olub.
Bu dövrdə ən bahalı ananas Almaniyadan alınıb. Belə ki, Almaniyadan 20 kiloqram ananas alışına 210 dollar (357 manat) xərclənib. Alınan ananasın bir kiloqramının orta qiyməti 10,5 dollar (17 manat 85 qəpik) təşkil edib.
Azərbaycana ananas gətirilən ölkələr və alınan məhsulun qiymətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
Cənubi Afrika Respublikası | 0,19 | 0,93 | 8,32 |
Çin | 3,02 | 13,93 | 7,84 |
Ekvador | 0,95 | 1,14 | 2,04 |
İran İslam Respublikası | 0,65 | 5,41 | 14,15 |
Kosta-Rika | 2013,3 | 1896,16 | 1,6 |
Mavrikiya | 0,76 | 3,81 | 8,52 |
Tailand | 41,76 | 147,63 | 6 |
Almaniya | 0,02 | 0,21 | 17,85 |
Valyuta.az |
Əvəz Həsənov