EN

ÇSKA-nın sabiq forvardı Azərbaycandan ayrıla bilər

"Kəpəz" qışda Redon Mihana ilə yanaşı daha bir legionerini göndərməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi artıq albaniyalını göndərməklə bağlı razılıq əldə edib. İndi isə “Kəpəz” yayda heyətə cəlb edilmiş digər legioner Lassana Ndiaye ilə yollarını ayırmaq istəyir.

24 yaşlı malili forvardın “Kəpəz”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Onun komandadan göndərilməsi və əvəzinə başqa forvardın cəlb olunması mümkündür. Lassana ÇSKA(Moskva), “Veles”(Moskva), “Tekstilşik”, “Arda”(Bolqarıstan), “Radniçki”, “Botev” klublarında oynadıqdan sonra yayda “Kəpəz”lə bir mövsümlük müqavilə imzalamışdı.

saytlarin hazirlanmasi

Chosen
31
sportal.az

1Sources