EN

Gömrük dəyərinin hesablanması beynəlxalq praktikaya əsaslanır - ŞAHİN BAĞIROV

Gömrük dəyərinin müəyyən edilməsi gömrük işi sahəsində ən önəmli məsələlərdəndir. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri formalaşmalıdır:

"Bu dəyər vahid metodiki hesablama əsasında həyata keçirilir. Hesablanan rəqəmlər beynəlxalq praktikaya əsaslanır. Bunun nəticəsində sahibkarlar ödənişləri dövlət büdcəsinə məmnuniyyətlə ödəyir. Bu proseslərdə əsas rolu sahibkarlar oynayır. Toplanan vergilər hər birimizin həyat səviyyəsinə təsir edir. Belə ki, büdcə vəsaitləri müxtəlif pensiyaların ödənilməsi, quruculuq işlərinə, infrasutruktur layihələrin icrasına yönəldilir".

Chosen
23
2
sia.az

3Sources