EN

“Məşğulluğa dəstək” layihəsi çərçivəsində 20 mininci şəxsə aktivlər təqdim edilib

Bakı, 17 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi üzrə 20 mininci şəxsə aktivlər təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini, şəhid ailəsi üzvü İlahə Eyvazovadır. O, “Qadın gözəllik salonu” zərfi üzrə proqrama müraciət edib. Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra İlahə Eyvazovaya öz işini qurması üçün lazım olan avadanlıqlar verilib.

Qeyd edək ki, “Məşğulluğa dəstək” layihəsi əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.

2020-2025-ci illərdə 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq gələn ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması hədəflənir.

 

Chosen
18
2
azertag.az

3Sources