EN

Təbii qazın ixracı ABŞ iqtisadiyyatını təhlükə altına ala bilər

Mayeləşdirilmiş təbii qazın (LNG) ixracı tənzimlənməzsə, ABŞ iqtisadiyyatı mənfi nəticələrlə üzləşə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-nin energetika naziri Cennifer Qranholmun məktubuna istinadən yazıb. Nəşrin qeyd etdiyi kimi, prezident Co Bayden əvvəllər LNG tədarükünün ekoloji, milli təhlükəsizlik və iqtisadi baxımdan  təhlilinin hazırlanmasını əmr edib. Qranholm hesab edir ki, cari ixrac dərəcələrini saxlamaq tövsiyə edilmir. Məktubdan belə çıxır ki, xaricə ixrac hesabına ölkədə qaz azalır və bu səbəbdən topdansatış qiymətləri 30% arta bilər. ABŞ-nin ev təsərrüfatlarının xərcləri 2050-ci ilə qədər ildə 100 dollar, ağır sənaye xərcləri isə 125 milyard dollar arta bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
9
konkret.az

1Sources