EN

Həkimlərin əməkhaqqı artımı tibb heyətinin rifahını gücləndirir - ZAUR ƏLİYEV

“Həkimlərin əməkhaqqı artımı tibb heyətinin rifahını gücləndirir” SİA xəbər verir ki, bu fikirləri ​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Zaur Əliyev onu da qeyd edib ki, icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.

Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub. Bu artımlar tibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir.

Zaur Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin median əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətinin isə 320 manatdan 540 manata qədər artıb.

Zaur Əliyev vurğulayıb ki, görülən tədbirlər tibb heyətinin motivasiyasını artırmaqla yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə də mühüm töhfə verir.

Ülkər Rəhmanqızı

Chosen
3
49
sia.az

10Sources