EN

Hakan Fidan Kallas ilə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, telefon danışığında Ukrayna, Suriya və Qəzzadakı son vəziyyət müzakirə edilib.

Hər iki tərəf Suriyada inklüziv keçid prosesinin həyata keçirilməsinin vacibliyi vurğulayıb. 

Eyni zamanda Hakan Fidan Avropa həmkarları ilə müzakirələrdə İsrailin Suriyada son addımlarının qəbul edilməz olduğunu və bunun beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Chosen
21
cebheinfo.az

1Sources