EN

Ebru Gündeş əri ilə barışıb? - FOTO

Yeni evlənən müğənni Ebru Gündeşlə əri Murat Özdemirin yollarının ayrıldığını hətta Murat Özdemirin Dubayda əşyalarını yığaraq İstanbula qayıtdığı iddia edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük evliliklərində yaranan böhrandan çıxıb və barışıblar.Cütlüyün münasibətlərinə daha bir şans verdiyi bildirilir. Murat Özdemirin həyat yoldaşı Ebru Gündeşə barışıq hədiyyəsi olaraq tək daş brilyant hədiyyə etdiyi iddia edilib.

Qeyd edək ki, məşhur müğənni Ebru Gündeş 2021-ci ildə əri Rza Zərrabla yollarını ayırdıqdan sonra fevralın 27-də iş adamı Murat Osman Özdəmirlə ailə həyatı qurub. Dubayda təşkil edilən sadə mərasimlə evlənən cütlük xoşbəxtliyini diqqətdən kənarda yaşamağa üstünlük verib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
32
1
milli.az

2Sources