EN

Kobaxidze: "Aİ-nin viza rejimi qərarı anti-Gürcüstan addımdır"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə ötən gün qəbul etdiyi qərarını anti-Gürcüstan addım adlandırıb.

Aktual.az xəbər verir ki, Baş nazir bu barədə brifinqdə bildirib.

"Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi qiymətləndirilə bilər", - İ.Kobaxidze qeyd edib.

Baş nazir iclasda gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.

Chosen
9
1
ulusum.az

2Sources