EN

“Danışıqlara Ukraynanı yox, Rusiyanı məcbur etmək lazımdır” - Polşa XİN

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski hesab edir ki, sülh danışıqlarına Ukrayna deyil, Rusiya məcbur edilməlidir. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Polşa XİN başçısı Ukraynanın hələ danışıqlar öncəsi gücləndirilməli olduğunu deyib: "Həm ABŞ, həm də Avropa İttifaqı Ukraynaya potensial gələcək danışıqlar üçün daha yaxşı mövqeyə nail olmaqda kömək etməlidir. Bu vəziyyətdə qurban deyil, təcavüzkar məcbur edilməlidir".

Onun sözlərinə görə, Avropa İttifaqı Donald Trampın Ağ Evə qayıdışı fonunda “daha çox səfərbər olmalıdır”.

Sikorski Polşanın Aİ-yə sədrliyi dövründə Rusiyaya qarşı daha güclü sanksiyalar vəd edib: “Sədrliyimiz altında biz ümid edirik ki, artıq tətbiq edilmiş sanksiyaları sərtləşdirəcəyik və yeni sanksiyalar tətbiq edəcəyik. Xüsusən də Rusiyanın kölgə donanması adlanan, yəni hazırda Azov dənizində ətraf mühitin böyük miqyasda çirklənməsinə gətirib çıxaran bu çox təhlükəli tankerlərə qarşı. Onlar həm geosiyasi, həm də iqtisadi təhlükədir”.

“AzPolitika.info”

Chosen
15
azpolitika.info

1Sources