EN

Bu ərazilərdə güclü külək əsir

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

 

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s, Goranboyda 15m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Chosen
29
24
7times.az

10Sources