EN

SEPAH-ın suriyalı məhbusların edamında rolu olduğu açıqlandı

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) suriyalı məhbusların edamında rolu var".

"Azad İran" "Telegram" kanalının məlumata görə, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupunun rəhbəri Rami Əbdürrəhman "Al-Arabiyya" telekanalına müsahibəsində bəyan edib.

"SEPAH Suriyanın Dəməşq şəhərindəki Sednayahəbsxanasının məhbuslarının edam edilməsində rol oynayıb və zindandakı daha 30 min suriyalı məhbus Əli Xameneinin (İranın Ali Lideri) SEPAH qüvvələrinin iştirakı ilə asılıb", - deyə Rami Əbdürrəhman vurğulayıb.

Qeyd olunub ki, İran Əsəd rejimini ayaqda saxlamaq üçün indiyə qədər 50 milyard dollar pul xərcləyib.

Mənbə: oxu.az

Chosen
26
1
oxu.az

2Sources