EN

Avropa İttifaqı gələn il üçün Ukraynaya 30 milyard avro ayırdı

2025-ci ildə Avropa İttifaqı Ukraynaya 30 milyard avro məbləğində maliyyə dəstəyi verməyi planlaşdırır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu məbləğə Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi nəticəsində əldə edilmiş 18,1 milyard avro da daxildir. Bunu  Aİ-nin yüksək rütbəli rəsmisi dekabrın 19-da İcma sammitindən əvvəl Brüsseldə jurnalistlərə bildirib: “Ukraynaya maliyyə dəstəyi öhdəliyimiz qalır. 2025-ci ildə Aİ Ukraynaya təxminən 30 milyard avro dəstək verəcək”.

Diplomatın sözlərinə görə, bu 30 milyard avro hərbi əməliyyatlar başlayandan bəri Aİ-nin Ukraynaya artıq ayırdığı 130 milyard avroya əlavə olaraq ayrılacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
30
2
konkret.az

3Sources