Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 27 455,9 min ton olub, bu da illik müqayisədə 0,33% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 12 612,9 min tonu və ya 45,9%-i dəmir yolu nəqliyyatı, 8 208,2 min tonu və ya 29,9%-i avtomobil nəqliyyatı, 6 634,8 min tonu və ya 24,2%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, hesabat dövründə dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,5%-i və ya 15 799,3 min tonunu tranzit yüklər təşkil edib.