Avropa İttifaqının (Aİ) Gürcüstanın diplomatik pasportlarına məhdudiyyətlər tətbiq etmək qərarı dostcasına deyil.
Bu barədə baş nazir İrakli Kobaxidze məlumat verib.
Bir gün əvvəl, dekabrın 16-da Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Avropa İttifaqının gürcü diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul etdiyini açıqlamışdı . Onun sözlərinə görə, Aİ nazirləri Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi məsələsini də müzakirə ediblər, lakin ümumi bir qərara gələ bilməyiblər.
“Əlbəttə, bu həm də son dərəcə qeyri-dost, anti-Gürcü addımıdır. Ümid varıq ki, sonda Aİ-də bəzi siyasətçilərin və bürokratların mövqeləri dəyişəcək”,- Kobaxidze jurnalistin müvafiq sualını cavablandırıb.