Rusiyanın Kalininqrad zooparkında qəfəsin qapısı təsadüfən açıq qaldıqdan sonra Sibir pələngi ziyarətçiyə hücum edib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qadın heyvanları yemləndirmək üçün qəfəsə yaxınlaşanda Tayfun adlı pələng qəfildən ona hücum edib. Dəhşətli kadrlarda pələngin altında yerdə uzanmış qadının çıxmağa çalışdığı görünür. Hadisənin şahidi olan ziyarətçilər, pələngə daş ataraq və qışqıraraq onun diqqətini yayındırmağa çalışdılar. Zərərçəkənin vəziyyəti ağır olsa da, stabildir. Zooparkın rəhbərliyi hücumu aqressiya yox, pələngin ərazisinin qorunması ilə izah edib. Hadisəyə baxmayaraq, onu öldürmək planlaşdırılmır. Faktla bağlı cinayət işi başlanıb.