"Biz konstruktiv dialoq aparmaq və yerdən məlumat almaq üçün Suriyada missiyanı yenidən açacağıq”, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb və qeyd edib ki, Avropa İttifaqı artıq "ölkənin yeni rəhbərliyi ilə ehtiyatlı təmaslara başlayıb.”
Dekabrın 16-da o, Aİ-nin Suriyanın Rusiya bazalarını çıxarmasını təmin etmək və bu ölkəyə "yardım” tədarükünü artırmaq üçün hər cür səy göstərəcəyini, bunun üçün 2025-ci ilin əvvəlində Brüsseldə beynəlxalq donorların konfransının keçiriləcəyini açıqlayıb.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də Suriyaya hər cür humanitar dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
Eyni zamanda Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Suriya ilə dostluq münasibətlərini quracaq.
Dekabrın 8-də gecə Suriyanın hökumət əleyhinə qüvvələri Dəməşqi nəzarət altına aldıqlarını və Əsəd rejimini devirdiklərini elan ediblər. Prezident isə ölkəni tərk edib və Rusiyada sığınacaq alıb.
Hazırda bir çox ölkələr Suriyada dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Gülnar Nazimqızı

www.anews.az