Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
“Ukraynaya maliyyə dəstəyi öhdəliyimiz qalır, 2025-ci ildə Aİ Ukraynaya təxminən 30 milyard avro məbləğində dəstək verəcək", - o, qeyd edib.