EN

"Türkiyə yaxın onillikdə Suriyanın taleyində həlledici rol oynayacaq" - Partiya sədrindən mühüm TƏHLİL

"Türkiyə regionun əsas güclərindən biridir və Suriyada baş verən son hadisələrdə də əsas aktorlardan biri halına gəldi. Türkiyə, bu günə qədər Suriyada fəaliyyət göstərən İran , Rusiya Amerika kimi yox, tam fərqli formada quruc kimi, Suriya xalqının maraqlarını qoruyan,  Suriyanın ərazi bütövlüyünə çalışan, bu dövlətin gələcəyi barədə müsbət planları olan bir dövlət kimi rol alıb. Bu rol çox önəmlidir. Dünya gücləri Türkiyəyə bu rolu sona qədər istədiyi formatda icra etməyə imkan versələr, o zaman Suriya adlı dövlət yenidən qurulacaq və nəhayət ki, Yaxın Şərqə stabillik gələcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

O bildirib ki, hələ bu istiqamətdə xeyli problem var və əsasən də ABŞ Türkiyənin qarşısında olacaq: "Görünən odur ki, bununla bağlı hələlik xeyli problemlər var.  ABŞ özü bəzi məsələlərdə Türkiyənin qarşısına çıxmaq istəyir. Buna baxmayaraq, Suriya və Türkiyə arasında həm mənəvi, həm də siyasi bir bağ var. Bu bağdan istifadə edərək o ərazilər təmizlənəcək və Suriyanın suverenliyi bərpa olunacaq. Türkiyə yaxın onillikdə  Suriyanın taleyində həlledici rol oynayacaq".

T.Abbaslı hesab edir ki, hazırda İsrail bu məqamdan istifadə edərək öz təhlükəsizliyini təmin etməyə çalışır: "Onların da fəalliyəti, və ya fəaliyyətsizliyi Türkiyədən asılıdır: "Ən azından Tramp gələnə qədər belədir. İsrail məqamından istifadə edir,  tanımadığı bir iqtidarla öz təhlükəsizliyini təmin etmək üçün başqa bir ölkənin infrastrukturuna, hərbi hava qüvvələrinə, dəniz qüvvələrinə ziyan vurur. Əgər Türkiyə imkan versə, İsrail çox irəliyə gedə bilər. Hətta   İsrail elan etdi ki, onlar Colan təpələrindən də irəli gedəcəklər və bəzi əraziləri də artıq işğal ediblər. Amma Türkiyə rəsmi şəkildə elan etdi ki, İsrailə  hərəkətlərini korrektə etməsi üçün xəbərdarlıq edilib.   Bu da İsrailə bir mesajdır ki, artıq o Suriyada istədiyi yeri bombalaya, istədiyi kimi hərəkət edə bilməyəcək. Ona görə də düşünürəm ki, İsrailin fəaliyyəti və ya fəaliyyətsizliyi Türkiyənin fəaliyyətindən aslı olacaq. Təbii ki,Tramp gələndən sonra mənzərə daha aydın olacaq".

Fatima Zeynal,

Sitat.info

Chosen
22
sitat.info

1Sources