“Avropa İttifaqı (Aİ) 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi məlumat verib.
“Ukraynaya maliyyə dəstəyi öhdəliyimiz qalır, 2025-ci ildə Aİ Ukraynaya təxminən 30 milyard avro məbləğində dəstək verəcək”, - deyə siyasətçi vurğulayıb.
Aİ nümayəndəsi Ukrayna prezidenti Volodimir Zelenskinin dekabrın 19-da keçiriləcək Avropa İttifaqının dövlət və hökumət başçılarının iclasında iştirak edəcəyini də açıqlayıb.
Daşqın HəsənovMissiya.Az