EN

İri bankın Goranboyda filialı fəaliyyətə başladı

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Goranboy şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən "Bank Respublika"nın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan "Bank Respublika"nın Goranboyda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bununla, "Bank Respublika"nın ölkənin bütün regionlarını əhatə edən xidmət nöqtələrinin sayı 37-ə çatıb. Bankın yeni filialı - Goranboy şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərəcək

Chosen
40
10
marja.az

10Sources