EN

Bir-birinə araq hədiyyə etməyə QADAĞA

Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov alkoqollu və tərkibində spirt olan məhsulların bağışlanmasına qadağa qoyulmasını təklif edib.

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini qadağanı pozanlara görə cərimələr tələb edib:vəzifəli şəxslər üçün 35-50 min rubl, hüquqi şəxslər üçün 100 min rubl. 

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilə bilər.

Deputat özünün “Telegram” kanalında qeyd edib ki, alkoqol zəhərdir və sağlamlığa düzəlməz ziyan vurur.

“Life”-ın məlumatına görə, qanun layihəsi dekabrın 17-də parlamentin aşağı palatasına təqdim olunub.

“Əvəzində hədiyyələrin yalnız müsbət, faydalı şeylər, məsələn, idman zalı üzvlüyü, əlavə təhsil üçün sertifikat, kino, muzey və teatrlara biletlər, maarifləndirici kitablar şəklində verilməsi təklif edilir”, - sənəddə deyilir.

Bundan əvvəl Rusiyada spirtli içkilərin alınması üzrə rekordun yeniləndiyi bildirilirdi. Rusiya Prezidenti Vladimir Putin sərxoşluğa qarşı mübarizədə idmanın faydalarından danışmışdı.

Chosen
26
cebheinfo.az

1Sources