EN

100-dən çox polis əməkdaşı saxlanılıb

Meksikanın Çiapas və Verakruz ştatlarında 100-dən çox polis əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə və müxtəlif cinayətlərə görə saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Çiapas polis rəisi Oscar Aparicio Avendano açıqlamasında bildirib ki, apardıqları araşdırmalar çərçivəsində Komitan şəhərindən olan 92 polis əməkdaşının səlahiyyətlərindən sui-istifadə etdiyini aşkar ediblər.

Avendano bildirib ki, əyalət prokurorları polis məmurlarını narkotik kartelləri ilə müttəfiq olan yerli qrupları polis reydləri barədə məlumatlandırmaqda günahlandırıb.

Sözügedən polis məmurlarından bəzilərinin "polis videomüşahidə ofisi"nə nəzarəti ələ keçirməyə çalışan dövlət məmurlarına silah çəkərək onları zorla çıxardığını ifadə edən Avendano, 92 polisin "üsyan və səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə nəzarətə alındığı məlumatını paylaşdı.

Digər tərəfdən Verakruz əyalətində 3 nəfərin itkin düşməsinə aidiyyəti olduğu şübhəli bilinən 13 əyalət polisi saxlanılıb.

Dövlət ittihamçıları Verakruzda 3 nəfərin itkin düşdüyünü açıqlayıblar.

Prokurorlar üç nəfərin itkin düşməsində əli olmaqda şübhəli bilinən 13 ştat polisinin saxlanıldığını bildiriblər.

Chosen
19
cebheinfo.az

1Sources