Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci iclası onlayn formatda öz işinə başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir sıra mühüm qərarların qəbul ediləcəyi, o cümlədən Azərbaycanın CICA-ya sədrliyinin qəbul olunacağı Nazirlər Şurasının iclasında iştirak edir.