EN

2022-2024: Qanın laxtalanma pozğunluqlarında kompleks tibbi yardım - hesabat konfransı keçirilir

2022 - 2024 -cü illər ərzində qanın laxtalanma pozğunuğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşmasına dair hesabat konfransı keçirilir. 

QHT.az xəbər verir ki, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "2022-2024-cü illər ərzində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşılması" mövzusunda hesabat konfransı ilə bağlı çıxış edir:

"2022-2024-cü illər ərzində əldə olunan nəticələrə görə, təlimlərdən keçən pasiyentlər və onların valideynləri 693 nəfər, 5 Rayon Mərkəzi Xəstəxanalarda Fizioterapiya kabinetlərin təşkili və təchizatlanması, Naxçıvan Muxtar Respublikasında və Bakı şəhərində dövlət xəstəxanalarının nəzdində irsi qan xəstəliklərinin müalicəsi üçün stomatoloji kabinetlərin yaradılması və təchizatlanması, Respublika üzrə hemofiliyanın multidisiplinar müalicəsinə dair 1244 tibb İşçisi üçün seminarlar və konfranslar çərçivəsində təlimlərin keçirilməsi, farmakoekonomik təhlillərin aparılması nəticəsində müasir müalicənin tətbiqinə nail olunmasıdır". 

Qeyd edək ki, konfransda dövlət qurumları, tibb işçiləri və pasiyent təşkilatlarının əməkdaşları iştirak edir. Tədbirin əsas məqsədinin bu müddət ərzində görülən işləri ictimaiyyətə təqdim etmək və hemofiliya xəstələrinin tibbi yardım sahəsində əldə edilən nailiyyətləri müzakirə etməkdir. 

 

Pərvanə Fərhadqızı

Chosen
22
qht.az

1Sources