EN

DGK:Son iki ildə 2 tona yaxın narkotik vasitə, psixotrop maddələr aşkar edilib

"Dövlət Gömrük Komitəsi (DGK) son iki ildə 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edib".

Avtosfer.az xəbər verir ki, bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, komitə cəmiyyətin mühafizəsi sahəsində inzibati və cinayət xarakterli amillərin aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirib:

"2022-2024-cü illər ərzində həyata keçirilən fəaliyyət nəticəsində 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edilib. Üstəlik, təxminən 18 milyon manat ekvivalentində saxta sənədlərin və aksiz markası olmayan malların dövriyyədən çıxarılması təmin edilib".

Chosen
47
4
avtosfer.az

4Sources