EN

İranın Dəməşq səfirliyi işini bərpa edir?


İran XİN-in sözçüsü İsmayıl Bekayi ölkəsinin Dəməşqdəki səfirliyinin yenidən açılmasının təhlükəsizlik və siyasi baxımdan zəruri şərtlərdən asılı olduğunu bildirib.

Bakupost.az xarici KİV-ə istinadən bildirir ki, Bekayi bu mövzuda verdiyi açıqlamada "Suriyada hadisələrin inkişafı və yeni rəhbərliyin mümkün qərarlarını nəzərə alaraq, səfirliyin gələcək vəziyyəti ilə bağlı qərar verəcəyik" deyib.

O, səfirliyin yenidən açılmasının bəzi hazırlıqlar tələb etdiyini qeyd edib:

"Bunların başında səfirliyin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi durur. Təhlükəsizlik və siyasi baxımdan müvafiq şərait təmin olunduğu zaman bu addımı atacağıq".

İranın Dəməşqdəki səfiri Hüseyin Əkbəri isə dünən dövlət televiziyasına verdiyi açıqlamada səfirliyin yaxın zamanda fəaliyyətə başlayacağını bildirib:
"Bir problem yaşanmasın deyə əməkdaşlarımızı bir neçə günlük Beyruta göndərdik. Dəməşqdəki səfirliyimiz tezliklə fəaliyyətə başlayacaq”.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından İran Dəməşqdə səfirliyinin fəaliyyətini dayandırıb və diplomatlarını ölkədən çıxarıb.

Rəhman Mirzəlizadə, BakuPost
Chosen
15
bakupost.az

1Sources