EN

Rusiyada spirtli içkinin hədiyyə verilməsi QADAĞAN EDİLƏ BİLƏR

Rusiyada spirtli içkilərin hədiyyə olaraq verilməsi qadağan oluna bilər.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov təklif irəli sürüb.

A.Svintsov sözügedən qanun layihəsini bu gün-17 dekabrda Dumaya təqdim edəcək.

Sənəd İnzibati Xətalar Məcəlləsinə spirtli içkilərin hədiyyə olaraq verilməsi üçün cərimələr nəzərdə tutan yeni bir maddənin əlavə edilməsini təklif edir. Bu maddəyə əsasən, fiziki şəxslər üçün cərimə 5 min rubl (81.37 manat), vəzifəli şəxslər üçün 35 min (569.61 manat), hüquqi şəxslər üçün isə 100 min rubl (1.627.46 manat) təşkil edəcək.

Chosen
3
5
korrespondent.az

6Sources