EN

Niderland səfirinin şərti sərhəddimizdə özünü göstərməsi növbəti təxribatdır -ŞƏRH

Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib. Bu barədə missiyanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Paylaşımda qeyd edilib ki, Ermənistandakı Niderland səfiri xanım Marike Monro Vinteri AB missiyasının ofisində qəbul etmək böyük şərəfdir. Ona missiyanın yerindəki fəaliyyəti barədə məlumat verilib. O, Niderlanddan olan əməkdaşlarla görüşdü və Xaçik kəndi ərazisində patrul xidmətinə qatıldı. Hazırda AB missiyasında 7 niderlandlı ekspert çalışır. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Niderlandın Ermənistandakı səfirinin Fransa səfiri kimi təxribatçı gedişi xoş deyil:

“Rəsmi Bakı birmənalı olaraq bütün dünyaya bəyan edir ki, üçüncü tərəflərin müdaxiləsi olmadan Azərbaycan-Ermənistan münasibətləri daha tez normallaşar. Amma Azərbaycanın bu xoşməramlı çağırışını Avropa dövlətləri qulaqardına vuraraq Ermənistanı qızışdırmaqla məşğuldurlar. Ümumiyyətlə iki ölkə arasında sülh müqaviləsinin baş tutmamasına çalışırlar. Niderland səfirinin şərti sərhəddimizdə özünü göstərməsi, müşahidə missiyasının tərkibində müşahidə xidməti aparması həmin qəbildəndir. Yəni sözügedən hadisə növbəti təxribatdır. Burada məqdəs Azərbaycanı qıcıqlandırmaq, tərəflər arasında gərginliyi artırmaqdır. Onlar anlayırlar ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırsa, rəsmi İrəvan Qərb dövlətlərinin əlində oyuncaq olmayacaq. Əlbəttə, Niderland kimi bir dövlətim təmsilçisi bu səhvi etməli deyildi. Ancaq sözügedən addım yanlışlıqla baş tutmayıb və məqsədli şəkildə həyata keçirilən təxribatdır”.
Chosen
16
sherg.az

1Sources