EN

“Qarabağ”lı tanınmış xalqın gözü qarşısında heç kimin bacarmadığını etdi - VİDEO

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirov “Atv” telekanalında yayımlanan “El Canlı” verilişində qonaq olub.

Hazırda II Liqada mübarizə aparan “Şəmkir”də baş məşqçi kimi fəaliyyət göstərən 37 yaşlı mütəxəssis qonaq qismində tanınmış müğənni Nüşabə Ələsgərli və Azərbaycanın əməkdar artisti, məşhur skripka ustası Ceyhun İsmayılovla eyni studiyanı bölüşüb.

Proqramın gedişində studiyada simvolik qapı quraşdırılıb və aparıcı Elcan Rəsulov Nadirovu səhnəyə dəvət edib.

Vüqara 3 zərbə şansı verilib və topun 3 deşikdən birindən keçirilməsi tapşırılıb.

Futbolçu qonaq indiyə qədər şou xarakterli verilişdə iştirak edən futbolçulardan heç birinin bacarmadığını edərək topu hədəfə tuşlamaqla alqış qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
23
sportinfo.az

1Sources