EN

Sorğu: Fransızların 74 faizi Makronu pis prezident hesab edir

Rəy sorğusunda iştirak edən fransızların dörddə üçü Emmanuel Makronu pis prezident hesab edir.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub.

Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi "xeyr" cavabını verib. Sağçı "Milli Birlik" partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu "Əyilməz Fransa" partiyasının tərəfdarlarının 86 faizi də eyni fikirdədir.

Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamalıdır.

Araşdırmada qeyd olunub ki, bu cür aşağı reytinq təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır.

Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narahatdırlar və geniş miqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi Altıncı Respublikaya keçidin zəruri olduğunu düşünür.

Məlumata görə, araşdırma dekabrın 11-12-də onlayn şəkildə keçirilib və sorğuda 1005 nəfər iştirak edib.

Chosen
7
1
far.az

2Sources