Bakıda yaşlı kişi pilləkəndən yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 6-da Sabunçu rayonu ərazisində baş verib.
70 yaşlı Allahverdiyev Nizami İsabala oğlu yaşadığı evdə pilləkəndən yıxılıb. Xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən yaşlı kişi dekabrın 15-də ölüb.
Araşdırma aparılır.