EN

“Global Energy Solution” MMC 5 milyon manat borc cəlb edir

"Global Energy Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti İstiqrazlar üzrə  hər birinin nominal dəyəri 100 manat olan 50,000  ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır.

FED.az xəbər verir ki, istiqrazların  ümumi dəyəri 5 milyon manatdır.

İstiqrazın gəlirliliyi illik 12 faiz, istiqrazların tədavül müddəti isə 24 aydır.

İstiqraz təklifinin əsas səbəbi şirkətin əsas fəaliyyətinin genişlənməsi fonunda biznesin dəstəklənməsi üçün dövriyyə kapitalının cəlb edilməsidir. Mövcud partnyorları ilə genişlənən və şaxələnən biznes əlaqələrinin nəticəsi olaraq orta və uzunmüddətli dövrdə şirkətin biznes portfelində böyümə gözlənilir ki, bu böyümənin dəstəklənməsi üçün əlavə dövriyyə kapitalına ehtiyac yaranır.  Artan dövriyyə kapitalına olan tələbi ödəmək üçün həm daxili resurslar, həm də xarici maliyyələşmə mənbələrindən istifadə nəzərdə tutulur.

Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Chosen
30
fed.az

1Sources