EN

Əsəd rejimi 100 min insanı kütləvi məzarlıqlarda basdırıb

ABŞ-də yerləşən Suriya İnsan Haqları Təşkilatının lideri Muaz Mustafa bazar ertəsi günü Dəməşqin şimalında, biri də Əl Qutayfada daxil olmaqla 5 kütləvi məzarlıqda ən azı 100 min cəsədin tapıldığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, M. Mustafa bu şəxslərin devrilmiş Bəşər Əsəd administrasiyası tərəfindən öldürüldüyünü bildirib.

"Reuters"-ə danışan M.Mustafa bildirib ki, bu məzar illər ərzində müəyyən edilmiş beş kütləvi məzarlıq yerindən biridir. "100 min ən aşağı ehtimaldır",- deyən Mustafa bu rəqəmin daha çox ola biləcəyini deyib.

2011-ci ildə Bəşər Əsəd hakimiyyətinə qarşı keçirilən etirazların vətəndaş müharibəsinə çevrilməsindən sonra yüz minlərlə insanın Əsəd rejimi tərəfindən öldürüldüyü təxmin edilir.

Chosen
9
cebheinfo.az

1Sources