EN

Köçəryan: Çavuşoğlu ilə söhbət etdik, məncə çox yaxşıdır

"NATO Parlament Asambleyası çərçivəsində Türkiyənin keçmiş xarici işlər naziri vəzifəsini icra etmiş, hazırda isə deputat olan Mövlud Çavuşoğlu ilə görüşdük". 

Milli.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri, hakim "Mülki müqavilə" fraksiyasının deputatı Andranik Köçəryan deyib.

O, hakim fraksiyanın digər iki deputatı ilə birlikdə Türkiyə nümayəndələri ilə müzakirə apardığını bildirib:

"Bəli, biz əzəli düşmənimizin nümayəndələri ilə görüşdük. Çavuşoğlu bizə yaxınlaşdı, söhbət etdik, sülhdən danışdıq. Bunun nəyi pisdir? Məncə, çox yaxşıdır". /Globalinfo.az

Milli.Az

Chosen
23
1
milli.az

2Sources